95
Ölkə 27 Sentyabr 2021, 09:12

Bakıda bir gecəyə 4 yol qəzası: xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Yasamal rayonunda qeydə alınıb. Yol qəzası zamanı 1961-ci il təvəllüdlü Həsənova Məlahət Yədulla qızı xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Digər yol qəzası Binəqədi rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1995-ci il təvəllüdlü Əmiraslanov Sərxan Abuzər oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Paytaxtın Xətai rayonunda da yol qəzası olub. Belə ki, iki avtomobilin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Qasımov Asif Tofiq oğlu xəsarət alıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Növbəti hadisə Səbail rayonunda baş verib. 1994-cü il təvəllüdlü Əhmədli Dinar Sovet oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol pəncənin sınıqı diaqnozu qoyulub. Hər dörd faktla bağlı araşdırma aparılır.

Xəbərlər