120
Ölkə 19 Sentyabr 2021, 20:35

Göygöldə yol qəzası

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Gəncə-Göygöl avtomobil yolunun rayonun Toğanalı kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “NİVA” markalı minik maşını ilə “KamAZ” markalı yük maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Yaralıların vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər