489
Ölkə 19 Sentyabr 2021, 16:44

Azərbaycanda sutka ərzində neçə yoluxma qeydə alınıb?

Azərbaycanda koronavirus infeksiyasına 1734 yeni yoluxma faktı qeydə alınıb, 3 378 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 472 719 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 434 095 nəfər müalicə olunaraq sağalıb, 6 305nəfər vəfat edib, aktiv xəstə sayı 32 319 nəfərdir.

Ölkədə ötən gün ərzində 12 780, hazırkı dövrədək isə 4 744 161 test aparılıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 13 474, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 37 826 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 7 976 549, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 619 432, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 357 117 təşkil edir.

Xəbərlər