115
Ölkə 15 Sentyabr 2021, 10:33

Bakının azad olunması münasibətilə növbəti yürüş keçirilir

Bakının erməni-bolşevik birləşmələrinin işğalından azad olunmasının 103-cü ildönümü ilə bağlı paytaxtda növbəti yürüş keçirilir.

Tədbirə Şəhidlər xiyabanında Türk Şəhidləri abidəsinin önündən start verilib. Türkiyənin bir qrup generalı Türk şəhidləri abidəsinin önünə əklil qoyublar. Daha sonra hərbi orkestrın müşayiəti ilə Türkiyənin və Azərbaycanın Dövlət himni səsləndirilib.

"Azərbaycan-Türkiyə qardaşlığı əbədi və sarsılmazdır" devizi altında keçirilən yürüş İçərişəhər metrosu-İqtisadiyyat Universitetinin binası-Qala Qapısı-“AzNeft” dairəsi-Bəhram Gur heykəli marşrutu ilə davam edəcək.

Qeyd edək ki, Bakının azad olunmasının 103 illiyi münasibətilə keçirilən yürüşlərlə bağlı paytaxtın bir neçə istiqamətdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb.

Birinci marşrut Şəhidlər xiyabanı - Türk şəhid abidəsini önü, Mehdi Hüseyn küçəsi, Lermontov, Niyazi, Qoşa Qala Qapısı, Əziz Əliyev, Neftçilər prospekti, Bəhram Gur heykəli, 2-ci marşrut üzrə S,Vurğun bağı - 28 may küçəsi - Bülbül prospekti - Neftçilər prospekti - Azadlıq meydanı istiqamətində hərəkət məhdudlaşdırılıb.

Xəbərlər