83
Ölkə 15 Sentyabr 2021, 09:39

Goranboyda minik maşını "KamAZ"la toqquşub

Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 2107" markalı minik maşını "KamAZ" markalı yük maşını ilə toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər