1769
Ölkə 10 Sentyabr 2021, 13:53

Daha bir azərbaycanlı məmurun intim görüntüləri yayıldı

Daha bir Azərbaycan məmuru kiberdələduzların qurbanına çevrilib və seks qalmaqalı ilə üzləşib. virtualaz.org xəbər verir ki, bu dəfə Gəncə şəhər gənclər və idman İdarəsində işləyən Məmməd Məmmədovun (ad şərtidir,-red.) intim görüntüləri sosial şəbəkələrdə yayılıb.

Bu məmur da digərləri kimi videozəngin güdazına gedib. Xatırladaq ki, sosial şəbəkələrdə fəaliyyət göstərən dələduzlar bandası messencerlər vasitəsilə müxtəlif kişilərə videozənglər edir. Videozəngə cavab verən kimi ekranda çılpaq qız kadrları görünür və o, virtual seksə dəvət edir. Əslində isə zəng vuran canlı adam deyil, çılpaq qadın görüntülərini translyasiya edən xüsusi proqramdır.

Qurbanlar isə səhvən hesab edirlər ki, zəng vuran “qızla” onların arasında baş verənlər gizli qalacaq. Əslində isə xüsusi proqram hər hərəkəti qeydə alır. Dələduzlar tanınmış və imkanlı şəxsləri qurban kimi seçir, sonra onları intim görüntüləri ilə şantaj edib pul tələb edir.

Bundan əvvəl YAP Binəqədi təşkilatının sədri Ramiz Göyüşovun, Gürcüstan parlamentinin deputatı Ruslan Hacıyevin, iri banklardan birinin filial müdirinin və Naxçıvandan olan mollanın intim görüntüləri bu yolla sosial şəbəkələrə ötürülmüşdü.

virtualaz.org

Xəbərlər