343
Ölkə 31 İyul 2021, 13:54

Azərbaycanda Aİ-98 markalı benzin niyə tapılmır?

Azərbaycanda 20 gündür ki, Aİ-98 markalı benzin satılmır. Bunu "SOCAR PETROLEUM" QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli deyib. Onun sözlərinə görə, Aİ-98 markalı benzin Rumıniyadan idxal edilir, bunda nəqliyyat çətinliyi var: "Artıq Gürcüstandan Aİ-98 benzini sifariş etmişik və 4-5 avqustdan etibarən satışa çıxarılacağı gözlənilir. Gələcəkdə belə halların qarşısını almaq üçün benzin saxlama anbarlarının sayı artırılacaq".

Xəbərlər