436
Ölkə 31 İyul 2021, 13:05

Azərbaycanlı cüdoçu ABŞ-da çempion olub

Azərbaycanlı cüdoçu Nuridə Əzəmətli Florida ştatının Orlando şəhərində keçirilən 32-ci ABŞ Açıq Cüdo Çempionatının (U.S. Open Championships) qalibi olub. Virtualaz-ın məlumatına görə, 34 kq çəki kateqoriyasında mübarizə aparan 10 yaşlı idmançı bütün rəqiblərinə qalib gələrək, çempion adını qazanıb.

Nuridə Əzəmətli ABŞ-da anadan olmasına baxmayaraq, atası Azərbaycan vətəndaşıdır. O, Sumqayıt şəhərində dünyaya gəlib və orta təhsilini burada tamamlayıb.

Qeyd edək ki, ABŞ-da bu il 32-cisi keçirilən Açıq Cüdo Çempionatı beynəlxalq yarış hesab olunur və bura dünyanın bütün ölkələrindən peşəkar idmançılar qatılır. 

Xəbərlər