235
Ölkə 23 İyul 2021, 00:27

Göygöldə qəza: avtomobil iki yerə bölündü, yaralılar var

Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi olub.  "NİVA" və "VAZ-2106" markalı avtomobillərin toqquşması nəticəsində  Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Eldar Tağıyev, 1982-ci il təvəllüdlü Elmir Zeynalov xəsarət alıb. Qəza nəticəsində daha 1 nəfərin də xəsarət aldığı bildirilir. Xəsarət alan E.Tağıyevin vəziyyəti ağır qiymətləndirilir.

Xəbərlər