103
Ölkə 22 İyul 2021, 12:46

Qubada "Media şəhidləri" parkı açıldı

Quba rayonunda Birinci və İkinci Qarabağ müharibəsində şəhid olan jurnalistlərin xatirəsinə salınan parkın təntənəli açılışı olub. Şəhərin mərkəzindəki Yusif Qasımov küçəsində salınan parkın açılışında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra şəhidlərin xatirəsinə salınan parkın tikintisi təşəbbüsü barədə danışılıb.

Xəbərlər