332
Ölkə 22 İyul 2021, 11:36

Qarabağda döyüşüb Bakıda tutulan Dubakova hökm oxundu

Ermənistan tərəfindən Qarabağda döyüşlərə cəlb olunmuş Rusiya vətəndaşı Dubakov Eduard Sergeyeviçin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Eduara Dubakov  cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib. Cəza müddəti bitdikdən sonra o, Azərbaycan hüdudlarından məcburi çıxarılmalıdır.

İttihama görə, Eduard Dubakov Azərbaycanın işğal altında olmuş torpaqlarına qanunsuz səfər edərək kəşfiyyatçı Vova Vartanovun dəstəsində hərbi təlimlərə qatılıb. Dəfələrlə Dağlıq Qarabağ ərazisinə gedib-gəlib. Sonuncu dəfə bu il yanvarın 1-də terror-təxribat əməlləri törətmək məqsədilə Bakıya gəlib. Həmin gün E.Dubakov hüquq- mühafizə orqanları tərəfindən paytaxtın dənizkənarı bulvar ərazisində saxlanılıb. Qeyd edək ki, əvvəlki məhkəmə proseslərində E. Dubakov özünü Rusiya və yerli xüsusi xidmət orqanlarının agenti kimi təqdim etmişdi.

İnarə Rafiqqızı

Virtualaz.org

Xəbərlər