232
Ölkə 19 İyun 2021, 08:58

Göygöldə silahlı şəxs saxlanıldı

Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Gəncə regional qrupundan virtualaz.org-a verilən xəbərə görə, RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Elvin Məmmədov rayon ərazisində saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd atəşə yararlı, lüləsi və qundağı kəsilmiş ov tüfəngi aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya göndərilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Xəbərlər