186
Ölkə 11 iyun — 09:30

Azərbaycanda zəlzələ oldu

Azərbaycanda zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 02:39-da Lənkəran stansiyasından 14 km qərbdə, Lerik rayonunda qeydə alınıb. 

Maqnitudası 3 bal olan zəlzələnin ocağı 12 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb.

Xəbərlər