308
Ölkə 11 İyun 2021, 00:59

Bakıda maşın iki qadını vurdu

Paytaxtın Xətai rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfəri avtomobil vurub.

APA xəbər verir ki, hadisə Cavanşir körpüsündə qeydə alınıb.

1977-ci il təvəllüdlü Hüseynova Sevda Alxas qızı və rəfiqəsi-1973-cü il təvəllüdlü Rəhimova Çiçək Bəxtiyar qızı yolu keçərkən onları avtomobil vurub. Yaralılar ağır vəziyyətdə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər