189
Ölkə 15 may — 08:58

Bakıda yük və minik maşınları toqquşdu

Bakının Nizami rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

“Mercedes” markalı minik avtomobili yol nişanının tələbini pozaraq sola manevr edərkən “Shacman” markalı yük nəqliyyat vasitəsinə çırpılıb.

Minik avtomobilinin sürücüsü yüngül xəsarət alıb.

Xəbərlər