199
Ölkə 15 may — 01:10

Masallıda kişi keçmiş arvadını bıçaqladı

Masallı rayonunda 27 yaşlı qadın bıçaqlanıb. APA-nın verdiyi məlumata görə, bıçaqlanma hadisəsi rayonun Öncəqala kəndində qeydə alınıb. Kənd sakini 1994-cü il təvəllüdlü Zəhra Əzizovanı keçmiş həyat yoldaşı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam edir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər