173
Ölkə 14 may — 17:54

Bu gün neçə nəfərə vaksin vurulub?

Azərbaycanda bu gün 13 107 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 127, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 9 980 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 761 632, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 022 479, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 739 153 nəfər təşkil edir.

Xəbərlər