319
Ölkə 12 may — 01:26

Bakıda I qrup əlil bıçaqlandı

Paytaxtda bıçaqlanma hadisəsi baş verib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, Biləcəri qəsəbəsində 1973-cü il təvəllüdlü Hacıyev Məhəmmədəli İsgəndər oğlu tanışı ilə mübahisə zəminində bıçaqlanıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb. Müayinə zamanı onun qarın boşluğunun ön divarında bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Qeyd edək ki, M.Hacıyev birinci qrup əlildir.

Xəbərlər