90
Ölkə 5 may — 10:13

İctimai yerdə daha bir "korona xəstəsi" saxlanıldı

Mayın 4-də Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən ev şəraitində müalicə təyin olunmasına baxmayaraq, yaşayış yerini tərk edən aktiv koronavirus xəstəsi R.Əhmədov ictimai yerdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə evinə qaytarıb və  bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Onun barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq araşdırmaları davam etdirilir.

Xəbərlər