207
Ölkə 4 may — 01:21

Abşeronda qəza: maşın piyadanı vurub öldürdü

Abşeron rayonunda, Novxanı-Binəqədi yolunda ağır yol qəzası baş verib.

APA bildirir ki, hadisə “Praqa” restoranının qarşısında qeydə alınıb.

Quliyev Təyyar Hümbət oğlu idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən, təxminən 45-50 yaşlı kişini vurub.

Piyada hadisə yerində ölüb.

Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Xəbərlər