196
Ölkə 9 aprel — 01:10

BMT Baş Assambleyasının sədrinin Azərbaycanda səfərdədir

“BMT Baş Assambleyasının sədri olaraq rəsmi səfər üçün Dohadan Bakıya vasil olduq”.

Bunu sosial media hesabında BMT Baş Assambleyasının 75-ci sessiyasının sədri Volkan Bozkır yazıb.

***22:22

BMT Baş Assambleyasının Sədri Volkan Bozkırın Azərbaycana səfəri başlayıb. Bu barədə  sədrin sözçüsü Brenden Varma məlumat verib. O, bildirib ki, V.Bozkır Azərbaycanda Prezident İlham Əliyev tərəfindən qəbul ediləcək, Milli Məclisin sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

İşgüzar səfər 12 aprel tarixində yekunlaşacaq.

Qeyd edək ki, V. Bozkır BMT Baş Assambleyasının sessiyasına sədirlik edən ilk türk diplomatdır. (report)

Xəbərlər