295
Ölkə 8 aprel — 02:00

Abşeronda 16 yaşlı oğlan başından güllə yarası aldı

Abşeron rayonunda bir nəfər ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət alıb.

APA xəbər verir ki, hadisə Məhəmmədi kəndində qeydə alınıb.

2005-ci il təvəllüdlü Nicat Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Qeyd edək ki, hadisənin qəsdən törədilmədiyi bildirilir.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda cinayət işi başlanılıb.

Xəbərlər