144
Ölkə 4 mart — 09:14

Gəncədə çörək sexinə basqın edən maskalı şəxs axtarılır

Gəncə şəhərində naməlum maskalı şəxs çörək sexinə basqın edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə martın 1-i gecə saat 1 radələrində baş verib. Naməlum maskalı şəxs şəhərin Mircəlal Paşayev küçəsində yerləşən çörək sexinə basqın edərək əlindəki bıçaqla orada işləyən 1977-ci il təvəllüdlü Müşfiq Əliyevi hədələyib.

Həmin şəxs bu yolla kassada olan 95 manat pulu götürərək hadisə yerindən qaçıb.

Gəncə polisi tərəfindən həmin şəxsin müəyyən edilərək saxlanılması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbərlər