200
Ölkə 25 fevral — 16:12

Cəbrayılda mülki şəxs minaya düşdü

Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini, 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun işğaldan azad edilmiş Cəbrayıl rayonun Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə yerli hüquq-mühafizə orqanlarına məlumat daxil olub.

Cəbrayılın müvafiq strukturlarından virtualaz.org-a bildirilib ki, araşdırmalarla Güloğlan Mirzəliyevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri aldığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər