1027
Ölkə 23 fevral — 14:57

Bakıda evlərdən birindən 5 gəncin meyiti tapıldı

Virtualaz.org Badamdar qəsəbəsi, 1-ci Yaşayış sahəsinin sakinlərindən faciənin bəzi təfərrüatlarını öyrənib. Qonşulardan biri deyib ki, 5 nəfərin meyitinin tapıldığı ev ikimərtəbəlidir, ölənlər isə ev sahibinin qonaqlarıdır. “Ev sahibi ər-arvad evin birinci mərtəbəsində yatıbmış, onlara qonaq gələn qohumları isə ikinci mərtəbədə. Səhər tezdən ev sahibəsi poliklinikaya gedib, qayıdanda qonaqların hələ də yuxudan durmadığını görüb ikinci mərtəbəyə qalxıb və dəhşətli mənzərə ilə qarşılaşıb”,-həmin qonşu əməkdaşımıza bunları deyib.

14.44

Badamdarda baş vermiş faciə ilə bağlı bəzi təfərrüatlar məlum olub. Bildirilir ki, fərdi evlərdən birində meyiti tapılan 5 nəfərdən biri ev sahibidir, qalanlar isə onun qohumlarıdır. Belə ki, Atilla və Lətif, habelə Şakirlə İnkişaf qardaşdırlar, onlar bir neçə gün əvvəl qohumları Natiq Səfərovun evinə qonaq gediblər. (“Qafqazinfo”) Faciənin səbəbi ilə bağlı əsas versiya dəm qazıdır.

***

Bakının Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci Yaşayış Massivindəki fərdi yaşayış evlərindən birində 5 nəfərin meyiti tapılıb. Virtualaz.org xəbər verir ki, meyitlər bu gün tapılıb. Bunlar 16 yaşlı Atilla Rəşad oğlu Əliyev, 17 yaşlı Lətif Rəşad oğlu Əliyev, 21 yaşlı İnkişaf İdris oğlu Allahverdiyev, 24 yaşlı Şakir İdris oğlu Allahverdiyev və 46 yaşlı Natiq Faiq oğlu Səfərovdur. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, lakin təcili yardım briqadası hadisə yerinə çatanda həmin şəxslərin artıq öldüyünü təsbit edib. Ölümün nə vaxt baş verdiyi və səbəbləri məlum deyil. Müvafiq ekspertizalar təyin edilib. Səbael rayon prokurorluğundan faktı təsdiqləyib bildirdilər ki, müstəntiqlər hadisə yerindədir, araşdırmalar aparılır və günün sonunda məlumat yayılacaq.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər