216
Ölkə 14 yanvar — 20:20

Azərbaycan Ordusunun şəhid hərbçisi Qusarda dəfn olundu

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.

Söhbət 1996-cı il təvəllüdlü MAXE əsgər Həsənov Afiq Namiq oğlundan gedir.

Bu gün 25 yaşlı şəhidimiz Qusarın Böyük Muruq kəndində torpağa taşırılıb. 

Qeyd edək ki, Afiq Həsənov Murov istiqamətində gedən döyüşlərdə şəhid olub. 3 ay idi ki, ailəsi ondan xəbər ala bilmirdi.

Allah rəhmət eləsin! (qafqazinfo)

Xəbərlər