332
Ölkə 27 noyabr — 19:50

Bakı Şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyinat olub.

Virtualaz.org bildirir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə polis polkovniki Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinin rəisi təyin olunub.

Ə.İsmayılov buna qədər Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Mirqafar Seyidov bir müddət əvvəl vəzifəsindən azad edilərək, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Xəbərlər