274
Ölkə 25 noyabr — 11:30

Azərbaycan Ordusunun Kəlbəcərə daxil olmasının yeni görüntüləri

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 10 noyabr üçtərəfli razılaşması əsasında Ermənistan işğalçı qüvvələri və qanunsuz olaraq rayonda məskunlaşmış mülki işğalçılar noyabrın 24-də Kəlbəcəri tamamilə tərk edib. Gecə saat 00.00-dan etibarən ordumuzun bölmələri Kəlbəcərə daxil olmağa başlayıb. Xatırladaq ki, Kəlbəcər rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi.

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Kəlbəcər rayonuna daxil olmasının yeni videogörüntülərini yayıb.

Virtualaz.org həmin görüntüləri təqdim edir.

Xəbərlər