241
Ölkə 24 noyabr — 01:56

ANAMA 31 mina və partlamamış hərbi sursatı zərərsizləşdirdi

20-23 noyabr tarixlərində Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Ağdam, Cəbrayıl, Füzuli, Xocavənd, Tərtər rayonları ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 83 (səksən üç) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən – 8 (səkkiz) müraciət daxil olub.

ANAMA-dan virtualaz.org-a verilən məlumata görə, daxil olmuş 91 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 58 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 16 ədəd partlamamış hərbi sursat (PHS), 27 ədəd tank əleyhinə mina, 2 ədəd tank əleyhinə minanın partladıcısı, 1 ədəd piyada əleyhinə mina, 2 ədəd bombacıq, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 119 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin partlayış qrupu tərəfindən 31 ədəd mina və partlamamış hərbi sursat (PHS), 2 ədəd bombacıq zərərsizləşdirilib, Mina Təhlükəsinə dair Maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 72 355 nəfər mülki şəxs arasında maarifləndirmə təbliğatı aparılıb.

Xəbərlər