105
Ölkə 22 noyabr — 14:15

Yaşadığı ünvanı tərk edən daha bir “korona xəstəsi” saxlanıldı

Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ)  əməkdaşları rayon ərazisində qurulmuş karantin postunda xidmət aparan zaman yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şəki regional qrupundan virtualaz.org-a verilən məlumata görə, həmin şəxsin rayonun Qoxmuq kənd sakini F.Nəsibov olduğu müəyyən edilib.

Ona koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, F.Nəsibov qaydaları pozaraq, yaşadığı evi tərk edib. O, polis əməkdaşlarının da müşayiəti ilə yaşadığı evə geri qaytarılıb.

F.Nəsibov barəsində Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

Xəbərlər