258
Ölkə 25 oktyabr — 12:33

Azərbaycan hərbçiləri xalqa müraciət etdilər

"Rəşadətli Azərbaycan Ordusu öz doğma torpaqlarını düşmən tapdağından azad edir".

Virtualaz.org bildirir ki, bunu Azərbaycan Ordusunun zabiti videomüraciətdə deyib.

“Böyük iftixar hissi ilə vurğulamaq istəyirəm ki, mən də zabit olaraq, hazırda Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmət edirəm. Cənab Ali Baş komandanın vurğuladığı kimi, bütün işğal olunmuş torpaqlarda, kənd və şəhərlərdə, qəsəbələrdə Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanacaq. Yaşasın Azərbaycan Ordusu, yaşasın Cənab Ali Baş Komandan! Qarabağ Azərbaycandır!" - deyə o müraciətdə bildirilib.

“Sentyabrın 27-i başlayan döyüşlərdə mən və əsgər yoldaşlarım mətanət və cəsarətlə döyüşürük”.

Bunu isə Azərbaycan Ordusunun əsgəri videomüraciətdə deyib. O bildirib ki, nailiyyətlərimizin ardı-arası kəsilmir və düşmənin canlı qüvvələrini, texnikalarını, sursat və avtomaşınlarını məhv edirik: “Mən və əsgər yoldaşlarımın ruh yüksəkliyi günü-gündən daha artır. Cənab Ali Baş Komandan dediyi kimi, Qarabağ Azərbaycandır!”

Xəbərlər