268
Ölkə 20 oktyabr — 15:28

Xocavəndin 5 kəndi işğaldan azad olundu

Azərbaycan Ordusu daha bir neçə yaşayış məntəqəsini işğaldan azad edib.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı Xocavənd rayonunun 5 kəndinin azad olunduğunu bildirib:

Xocavənd rayonu: Ağcakənd, Mülküdərə, Daşbaşı, Günəşli (Günəşli kəndinin keçmiş adı Noraşen idi), Vəng kəndləri. Vəng kəndinə yeni Azərbaycan adı verirəm. Bundan sonra Vəng kəndi Çinarlı kəndi adlandırılsın. Adı mübarək olsun!

Xəbərlər