288
Ölkə 18 oktyabr — 15:26

Azərbaycanda günün koronavirus statistikası

Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına 647 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan virtualaz.org-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 44964 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 40037 nəfər müalicə olunaraq sağalıb, 626 nəfər vəfat edib, aktiv xəstə sayı 4301 nəfərdir.

Ölkədə son 48 saat ərzində 9089, indiyədək isə ümumilikdə 1228024 test aparılıb.

Xəbərlər