298
Ölkə 18 oktyabr — 09:46

2 S-300 kompleksi, 5 tank, 3 “Qrad”, 2 “Smerç” və daha nələr...

Müdafiə Nazirliyi ötən gün oktyabrın 17-də gün ərzində və gecə humanitar atəşkəs rejiminin qüvvəyə minməsinə qədər cəbhənin şimal və cənub istiqamətlərində düşmənə endirilən zərbələr barədə məlumat yayıb.

Məlumata əsasən oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub.

Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç” YARS, 1 ədəd D-20 haubitsa-topu, 1 ədəd KS-19 zenit topu və 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Xəbərlər