663
Ölkə 17 oktyabr — 15:53

İlham Əliyev xüsusi təyinatlıların komandanına general-leytenant rütbəsi verdi

Bu gün prezident İlham Əliyev Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin komandanı, general-mayor Hikmət Mirzəyevin rütbəsini artırıb. Prezidentin sərəncamına əsasən Hikmət İzzət oğlu Mirzəyevə general-leytenant hərbi rütbəsi verilib.

General Mirzəyev oktyabrın 27-dən bəri hərbi birlik rəhbəri, general Mayis Bərxudarovla birlikdə cəbhənin cənub istiqamətində gedən döyüşlərə komandanlıq edir. Bu döyüşlər nəticəsində ordumuz Cəbrayıl şəhərini və rayonun bir sıra kəndlərini, Hadrut şəhərini və Xocavəndin daha bir neçə yaşayış məntəqəsini, habelə Füzuli şəhərini və rayonun xeyli kəndlərini düşmən işğalından azad edib.

Xəbərlər