145
Ölkə 17 oktyabr — 13:31

Hərbi attaşelər Gəncəyə gedir

Azərbaycandakı diplomatik korpusun nümayəndələri və ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər Ermənistan tərəfindən raket hücumuna məruz qalan Gəncə şəhərinə aparılır.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev tvitter hesabında məlumat verib.

"Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərinə qarşı barbar əməllərini görsün. Ermənistan öz məsuliyyətindən qaça bilməz",-deyə H. Hacıyev qeyd edib.

Xəbərlər