138
Ölkə 17 oktyabr — 11:46

Hikmət Hacıyev: "Gəncədə dağıntılar arasında tapılan yeniyetmənin sabah ad günü olacaqdı"

“Ermənistanın Gəncəyə etdiyi SCUD raket hücumu nəticəsində dağıntılar arasında yeniyetmə Nigar Əsgərovaya aid şəxsiyyət vəsiqəsi tapılıb”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Twitter”də yazıb.

“Sabah - 18 oktyabrda onun ad günüdür”, - o əlavə edib.

Xəbərlər