374
Ölkə 1 oktyabr — 15:17

“Azərişıq” rəhbərliyi cəbhə xəttinə getdi

“Azərişıq” ASC sədri Vüqar Əhmədov və “Azərenerji” ASC-nin vitse-prezidenti Ziyəddin Quliyev cəbhə xətti boyunca yerləşən yaşayış məntəqələrinə gedərək vəziyyətlə yerindəcə tanış olublar. Yerlərdə icra orqanlarının rəhbərləri və həmçinin “Azərişıq” ASC-nin yerli şəbəkələrinin rəhbərləri ilə görüşüblər. 

Vüqar Əhmədov bildirib ki, yaşayış məntəqələrinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatı “Azərişıq” ASC əməkdaşlarının fədakar əməyi sayəsində uğurla icra olunur. Erməni silahlı qüvvələrinin kənd və yaşayış məntəqələrini atəşə tutması nəticəsində 250 dəfədən çox müxtəlif gərginlikli xətlər, həmçinin 30- dan çox transfarmator məntəqəsi vurulub. Bununla belə təmas xəttinə yaxın kəndlərdə 24 saat fasiləsiz xidmət göstərən “Azrişıq” ASC əməkdaşları qısa vaxtda bu qəzaları aradan qaldırıblar. 

“Azərişıq” ASC səri onun da bildirib ki, ərazi bütövlüyü uğrunda aparılan müharibəyə indiyədək ASC-nin 300-dən çox əməkdaş könüllü olaraq ordu sıralarına qoşulub. 

Vüqar Əhmədov cəbhə xəttində yaradılmış Xüsusi Qəragahada  toplantı keçirib, cəbhə boyu rayonlara ehtiyat dayaqlar, naqillər, KTM və generetaorların çatdırılması ilə bağlı tapşırıqlarını verib.

Xəbərlər