2003
Ölkə 29 sentyabr — 14:31

Madagizdəki erməni polku döyüş qabiliyyətinin itirib, əsgərlər qaçır

"Madagizdəki erməni ordusunun alayı tamamilə demoralizə olunub".

Bunu  Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı deyib. 

"Azərbaycan Ordusunun genişmiqyaslı döyüş əməliyyatı nəticəsində Madagizdəki Ermənistan ordusunun alayı tamamilə demoralizə olunub, ölümqabağı əzabları başlayıb. Şəxsi heyət təşviş içindədir. Dəstək məqsədilə yeni gələn ehtiyat qüvvələri də daxil olmaqla bir çoxları döyüşə girməkdən imtina edir və döyüş əməliyyatı rayonunu tərk edirlər", o vurğulayıb. 

Xəbərlər