1546
Ölkə 27 sentyabr — 15:57

Müdafiə Nazirliyi: “Aşağı Əbdürrəhmanlı kəndi də düşməndən azad edildi”

Azərbaycan Ordusunun əks-hücumları nəticəsində daha bir kəndimiz erməni işğalından azad edilib.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Ayvazov bildirib. Onun sözlərinə görə, Füzuli rayonun Aşağı Əbdurrəhmanlı kəndi düşməndən təmizlənib.

Bundan əvvəl nazirlik 6 kəndin azad edildiyini açıqlamışdı. Daha sonra  Təhlükəsizlik Şurasının iclasında prezidentə 7 kəndin azad edildiyi haqda məruzə etmişdi.

 

Xəbərlər