3466
Ölkə 27 sentyabr — 14:15

Azərbaycan ordusu Füzuli və Cəbrayılın 6 kəndini azad etdi

Azərbaycan ordusu bu gün səhər saatlarından həyata keçirdiyi sürətli əks hücum əməliyyatlarının nəticəsində Füzuli və Cəbrayıl rayonlarının uzun illərdir işğal altında olan bir neçə kəndini azad edib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov keçirdiyi xüsusi brifinqdə açıqlayıb.

Anar Eyvazov bildirib ki, əks-hücum nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Habelə ordumuz Ağdərə istiqamətində hücum edərək düşmənin Murovdağ istiqamətində yerləşən  strateji mövqelərini darmadağın edib. Bu istiqamətdə yeni yüksəkliklər tutmaq üçün əməliyyatları davam etdirir.

 

Xəbərlər