197
Ölkə 27 sentyabr — 01:41

Bakıda daha bir yol qəzası

Paytaxtda xəsarətlə nəticələnən daha bir yol qəzası baş verib.

"Report"un məlumatına görə, bu hadisə də Nərimanov rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1979-cu il təvəllüdlü Əmirov Vuqar Səlim oğlu, 1987-ci il təvəllüdlü Hüseynov Sabir Elvin oğlu və 1990-cı il təvəllüdlü İbrahimova Aypara Faiq qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə 3 saylı şəhər kliniki xəstəxanasına çatdırılıblar.

Müayinə zamanı V.Əmirova və S.Hüseynova qapalı kəllə beyin travması, A.İbrahimovaya isə bədənin əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər