176
Ölkə 26 sentyabr — 11:58

Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur

Cari il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

Təhsil Nazirliyindən virtualaz.org-a verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər oktyabrın 2-si saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla bu link vasitəsilə tanış ola bilərlər: https://edu.gov.az/upload/file/vakansiya/2020/D%C4%B0Q_vakant_yerler.pdf

Xəbərlər