504
Ölkə 24 sentyabr — 17:12

Bu rayonda koronavirusdan 11 nəfər ölüb

Bu günə kimi Biləsuvar rayonunda koronavirusa qarşı 5974 nəfərdən test götürülüb.

Virtualaz.org bildirir ki, bunu jurnalistlərə açıqlamasında Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ləman Yüzbaşovaya deyib.

Onun sözlərinə görə, həmin testlər zamanı 324 yoluxma faktı qeydə alınıb: "Biləsuvar rayonunda Koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə məqsədilə 5974 nəfərdə test aparılıb. Onlardan 324-i yoluxub, 265 nəfər sağalıb, 11 nəfər isə dünyasını dəyişib. Hazırda aktiv xəstə sayı 48 nəfərərdir".

Xəbərlər