146
Ölkə 24 sentyabr — 18:40

Bakıda 28 dərəcə isti olacaq

Sentyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Virtualaz.org Milli Hidrometeorologiya Xidmətinə istinadən bildirir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 17-20, gündüz  26-28, Bakıda gecə 18-20, gündüz 26-28 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz  olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz  bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir  yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu  gecə 15-20, gündüz 24-29, dağlarda gecə 7-12, gündüz  14-17 dərəcə  isti olacaq. 

Tibbi-meteoroloji proqnoza gəlincə isə, sentyabrın 25-26-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

 

Xəbərlər