174
Ölkə 23 sentyabr — 19:36

Şimal-Qərb regionunda vəziyyət dəyişir, şəbəkə yenilənir...

"Şimal-Qərb" Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) struktur tərkibinə daxil olan Elektrik Şəbəkələrinin xidməti ərazilərində abonentlərin  keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün bölgələrdə təmir-bərpa və yenidənqurma işləri davam etdirilir.

Bu haqda "Azərişıq" ASC-nin mətbuat xidmətinin yaydığı hesabatda bildirilir.

Belə ki, 2020-ci ilin  8 ayı ərzində Şimal-Qərb Regional Enerji Təchizatı və Satışı İdarəsinin struktur tərkibinə daxil olan rayonun elektrik təchizatının yaxşılaşdırılması, abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması məqsədilə yeni 3 ədəd 35/10 kV-luq yarımstansiya tikilir, 35/10 kV-luq "Meysəri" yarımstansiyası  isə yenidən tikilməkdədir.

Həmçinin, 1 ədəd 110/6 kV-luq, 10 ədəd 35/10 kV-luq  yarımstansiyalar Regional Enerji Satışı və Təchizatı İdarəsinin daxili imkanları hesabına yenidən qurulub. 110/35/10 kV-luq "Şıxlar" və 35/10 kV-luq "Çuxuryurd" yarımstansiyasında isə işlər davam etdirilir. Bu istiqamətdə 110/6 kV-luq "İpək Kombinatı" və 110/10 kV-luq "Qubaxəlilli" yarımstansiyalarında  aparılan yenidənqurma işləri tamamlanmaq üzrədir. 

 110 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində  9 ədəd qəzalı dayaq bərpa edilib, 161  ədəd dayaq quraşdırılıb və  9 km məsafədə yeni 35 kV- luq hava xətti çəkilib.

 6-10 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə 101.7 km məsafədə təmir-bərpa və yenidənqurma işləri aparılıb. Aparılan təmir işləri zamanı 1166 ədəd 10 kV-luq dayaq quraşdırılıb, 67.5 km naqil çəkilib.  

 Yaşayış məntəqələrində aparılan yenidən qurma işləri çərçivəsində, 6-10-0.4 kV-luq şəbəkə ÖİN-lə tam şəkildə təchiz edilib, bir sıra kəndlərdə yenidənqurma işləri aparılıb. 0.4 kV-luq elektrik veriliş xətləri üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 2163 ədəd dayaq quraşdırılıb, 84.1 km ÖİN tipli kabel xətti çəkilmiş, 115.8 km məsafədə təmir-bərpa işləri aparılıb, 191.9 km məsafədə xəttin mühafizə zonası yaşıl kütlədən təmizlənib. 

 6-10/0.4 kV-luq KTM-lər üzrə görülən işlər çərçivəsində ümumilikdə Şimal-Qərb RETSİ-də 6 ədəd yeni Komplekt Transformator Məntəqəsi quraşdırılıb, 201 ədədi əsaslı təmir edilib, standart qoruyucu və ayırıcılar quraşdırılıb və tam olaraq rənglənib, bunlardan 190 ədədinin ətrafı çəpərlənib və əlavə olaraq 201 ədədi cari təmir edilib.

Qeyd edək ki, həyata keçirilən layihələr və yenidənqurma işləri şəbəkələrin iqtisadi göstəricilərinə də müsbət təsir göstərib 8 faiz itirilmiş enerji  bərpa olunub.

Xəbərlər