156
Ölkə 21 sentyabr — 12:16

Badamdarda yolların yenidən qurulmasına 1,9 milyon manat ayrıldı

Prezident İlham Əliyev Bakı şəhərinin Səbail rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Virtualaz.org-un məlumatına görə, sərəncamda qeyd edilir ki, Bakı şəhəri Səbail rayonunun Badamdar qəsəbəsi ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyi göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.

Nazirlər Kabinetinə isə tapşırılıb ki, bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Xəbərlər