183
Ölkə 20 sentyabr — 23:24

Azərbaycanda reanimasiyada 110 “korona xəstəsi” var

Azərbaycanda koronavirusla bağlı 20 sentyabr 2020-ci il tarixinə olan statistik göstəricilər açıqlanıb.

Virtualaz.org bildirir ki,  bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Qeyd olunub ki, son sutka ərzində koronavirusa görə 6886 test aparılıb və indiyə kimi həyata keçirilən testlərin sayı 1 milyon 54 min 792-yə çatıb.

Reanimasiyada olan xəstə sayı 110, süni tənəffüs cihazında olan xəstə sayı isə 10 nəfərdir.

Bu günə qədər ölkəmizdə 39 min 188 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 36 min 755 nəfər müalicə olunaraq sağalıb, 575 nəfər vəfat edib. Aktiv xəstə sayı 1858 nəfərdir.

Xəbərlər