170
Ölkə 17 sentyabr — 00:46

Gəncədə maşın iki piyadanı vurdu

Gəncədə avtomobil iki piyadanı vurub, onlardan biri hadisə yerində dünyasını dəyişib, digəri xəsarət alıb.

"Report"un məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində, ticarət mərkəzlərinin birinin yaxınlığında qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən iki piyadanı avtomobil vurub. Onlardan biri hadisə yerində dünyasını dəyişib, 1995-ci il təvəllüdlü Qədim Aqil oğlu Qurbanov isə müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

 

Xəbərlər