204
Ölkə 16 sentyabr — 20:38

Azərbaycanda reanimasiyada olan COVID-19 xəstələrinin sayı

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 16-na olan statistik göstəriciləri açıqlayıb.

Virtualaz.org xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 1 940 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 115 nəfər reanimasiyada, 8 nəfər isə süni tənəffüs cihazındadır. Ötən gün bu rəqəmlər müvafiq olaraq 111 və 11 idi.

Ümumilikdə 38 658 nəfər virusa yoluxub, 36 149 nəfər sağalıb, 569 nəfər vəfat edib.

Bu gün 7 656 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 1 027 685 test aparılıb.

Xəbərlər